Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatımız var. Müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu sözləri Sitat.info-ya açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
Qeyd edək ki, müxtəlif Teleqram kanallarında 3 gün öncə Bakıda pedofil şəxsin azyaşlı qız uşağına qarşı nalayiq hərəkətlər etməsi ilə bağlı görüntü yayılıb.