Hindistanın Uttar-Pradeş və Bihar əyalətlərində təsirli olan istilər səbəbindən 96 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Hindistanda son günlər təsirli olan istilər səbəbindən ölənlərin sayı artır.
Şərqi Uttar-Pradeş və Bihar ştatlarında əksəriyyəti 60 yaş və yuxarı olan onlarla insan müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Yüksək hərarət, qusma, ishal, tənəffüs çətinliyi və ürək xəstəliklərindən ölənlərin sayının 54-ə yüksəldiyi Uttar Pradeş əyalətinin Ballia bölgəsində son 3 gündə 300 nəfərin xəstəxanalara müraciət etdiyi bildirilib. Xəstəxanalardakı sıxlıq səbəbindən tibb işçilərinin icazələri ləğv edilib, təcili yardıma əlavə çarpayılar göndərilib.
Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, bazar günü Ballia bölgəsində havanın temperaturu 43°C, mövsüm normalarından 5 dərəcə yüksək olub. Ştat ərazisində havanın temperaturunun normadan yüksək olaraq davam etdiyi bildirilir.
Seymur Bənnayev
Sitat.info