Çin Rusiyadan neft alışını 9 faizədək azaldıb

17:50 20 Mart 2022

2022-ci ilin yanvar-fevral aylarında Rusiyadan Çinə neft ixracı illik müqayisədə 9 faizədək azalmaqla 12,66 milyon ton təşkil edib. Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumata görə, fiziki həcm azalsa da, Çinin Rusiya neftinə görə ödədiyi pulun məblği 31,4 faiz artmaqla 7,46 milyard dollara çatıb.

Çinə neft ixracında Rusiyanı qabaqlayıb birinci yerdə qərarlaşan Səudiyyə Ərəbistanı bu ölkəyə 14,6 milyon ton(8,74 milyard dollarlıq) neft satıb. Bu zaman həcm etibarilə 3 faizlik azalmaya qarşı dəyər ifadəsində 51,4 faiz artım qeydə alınıb. Rusiyadan sonra gələn İraq Çinə 5,7 milyard dollara 10,01 milyon ton, Oman 5,34 milyard dollara 8,93 milyon ton, Küveyt isə 3,8 milyard dollara 6,32 milyon ton neft satıb.

2021-ci ildə Çin Rusiyadan neft alışını həmc etibarilə 4,5 faiz azaldıb(dəyər ifadəsində 45,5 faiz artımla 40,29 milyard dollar).

Bu ilin yanvar-fevralında Çin Rusiyadan illik ifadədə 2,86 dəfə çox – 526,9 milyon dollarlıq boru qazı alıb. Çinin qaz idxalında birinci yerdə olan Türkmənistandan iki ayda 1,27 dəfə çox – 1,44 milyard dollarlıq qaz alıb. Rusiyadan sonra gələn Myanmadan alış 224,6 milyon dollar, Qazaxıstandan 105,1 milyon dollar, Özbəkistandan isə 48,4 milyon dollar təşkil edib.

Çinin maye qaz idxalında is ilk yerdə 3,57 milyard dollarlıq 4,24 milyon tonla Avstraliya, ikinci yerdə 2,32 milyard dollarlıq 3,53 milyon tonla Qətər, 4-cü yerdə 1,87 milyard dollarlıq 1,77 milyon tonlar Malaziya, 5-ci yerdə 746 milyon dollarlıq 789 min tonla İndoneziya və 6-cı yerdə 503 milyon dollarıq 664 min tonla Rusiya gəlir.



Xəbər xətti