ABŞ Arazdəyəndə bayrağını qaldıracaq

15:46 19 İyun 2023

“GTB Steel” şirkətinin təsisçiləri Arazdəyən kəndində tikilməkdə olan metallurgiya müəssisəsinin ərazisində Ermənistan və ABŞ bayraqlarının quraşdırılmasını qərara alıblar.

Sitat.info xəbər verir ki, bayraq qaldırma mərasimi iyunun 20-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan sərhədinin bir neçə metrliyində metallurgiya zavodunun tikilməsi ekoloji problemlər yarada bilər. Ermənistan isə Arazdəyəndə “ABŞ bayrağı” qaldırmaqla, Azərbaycanın Kərkinin azad edilməsi tələblərinin qarşısına sədd çəkməyə çalışır./Axar.az



Xəbər xətti