SON DƏQİQƏ! Rusiyaya BÖYÜK ŞOK - Yeni qərar qəbul edilir

10:15 21 Mart 2022

Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketi üzərində işləyir.

Bu barədə bazar ertəsi Aİ-dəki diplomatik mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Biz beşinci sanksiyalar paketi üzərində işləyirik, bir çox yeni adlar təklif olunur”, - “Reuters” Aİ rəsmisindən sitat gətirib.

Qeyd edək ki, bu gün Brüsseldə Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin planlaşdırılmış görüşü keçiriləcək, əsas mövzu Ukraynadakı vəziyyət olacaq. Görüşdə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell nazirlərə münaqişənin inkişafı üçün mümkün ssenarilərin təhlilini təqdim edəcək.



Xəbər xətti