Türkiyə Xarici İşlər Nazirliyi İsrail hakimiyyətinin İordan çayının qərb sahilinin ən azı 19 şəhərində 4500 yeni qeyri-qanuni yaşayış məntəqəsi tikmək planlarını pisləyib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub: "İsrail rəsmilərinin qeyri-qanuni məskunlaşma fəaliyyətlərini artırmaq və İordan çayının qərb sahilində ən az 19 qəsəbədə 4500 yeni qeyri-qanuni məskunlaşma yeri inşa etmək üçün açıqladığı planları qınayırıq. Birləşmiş Millətlər Təşkilatının müəyyən edilmiş parametrlərinə tamamilə zidd olan bu addımlar qəbuledilməzdir.
Seymur Bənnayev
Sitat.info
Türkiyə; 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin dövlətinin qurulmasına yönəlmiş iki dövlətli həll səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb.