Nazir "Bolt"un prezidenti ilə görüşdü

18:35 19 İyun 2023

Bakının taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planları müzakirə edilib.

Sitat.info xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tvitter hesabında bildirib.

Qeyd olunub ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.

Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.



Xəbər xətti