Son günlər Hindistanı təsirli olan istilər nəticəsində həyatını itirənlərin sayı 166-ya yüksəlib.
Sitat.info xəbər verir ki, rəsmilərin açıqlamalarına görə, son günlər ölkədə davam edən qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 olmaqla ümumilikdə 166 nəfər həyatını itirib.
Uttar Pradeş ştatının Ballia şəhərində istidən xəstəxanaya aparılan insanlar tutumun aşıldığı, xəstəxananın meyitxanası dolu olduğundan qəbul edilmədiyi üçün ölənlərin yaxınları cənazələri evlərinə götürməli olub.
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsi üçen fasiləsiz enerjinin təmin edilməsi ilə bağlı lazımi tədbirlərin görüldüyünü bildirib.
Seymur Bənnayev
Sitat.info