İordaniyada helikopter qəzaya uğrayıb: 2 nəfər yaralanıb

21:35 19 İyun 2023

İordaniyada naməlum səbəbdən hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot yaralanıb.

Sitat.info xəbər verir ki, İordaniya ordusundan verilən yazılı açıqlamaya görə, Kral Hərbi Hava Qüvvələrinə məxsus “Kobra” tipli hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Açıqlamada helikopterin paytaxt Əmman yaxınlığındakı Əl-Beka bölgəsində qəzaya uğradığı, yaralanan iki pilotun Əmmandakı hərbi xəstəxanada müalicə olunduğu ildirilib.

Bəyanatda qəzanın səbəbləri ilə bağlı məlumat paylaşılmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti