Aysberqə çırpılan və 1514 nəfərin ölümünə səbəb olan Titanik gəmisinin qalıqlarını göstərmək üçün turistik məqsədlə istifadə edilən sualtı vasitələrdən biri Atlantik Okeanında yoxa çıxıb. Avtomobilin içərisində nə qədər turistin olduğu hələlik məlum deyil.
Sitat.info xəbər verir ki, "BBC"nin xəbərinə görə, Boston Sahil Mühafizəsi qrupları turistik məqsədlər üçün istifadə edilən sualtı qayığın Atlantik okeanında itdiyini bildirib.
Komandalar itən sualtı qayığı tapmaq üçün fəaliyyətə başlayıb.
Seymur Bənnayev
Sitat.info