BMT: "Ukraynada sülh üçün danışıqlar davam etdirilir"

21:47 19 İyun 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katib Antonio Quterreşin Ukraynada sülh təşəbbüsləri çərçivəsində müvafiq tərəflərlə danışıqları davam etdirdiyini və şərtlər uyğun olarsa, onun da iştirak edə biləcəyini bildirib.

Sitat.info xəbər verir ki, BMT sözçüsünün müavini Farhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandırıb.

Ukrayna üçün müxtəlif sülh təşəbbüslərinin olduğunu bildirən Haq BMT-nin mövqeyinin Baş Assambleya və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində açıq şəkildə göründüyünü bildirib.

Haq bildirib ki, qətnamələrdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə istinad edilib.

 

Quterreşin müxtəlif təşəbbüslər çərçivəsində müvafiq tərəflərlə "tez-tez" əlaqə saxladığına diqqət çəkən Haq deyib: "Baş katib də şərtlər uyğun olarsa və işə yarayacağını düşünürsə prosesə müdaxilə edə bilər. Qərar verərsə, hər kəs bundan xəbər tutacaq”.

Seymur Bənnayev

Sitat.info

 

Afrika liderləri müharibəni dayandırmaq üçün Rusiya və Ukraynaya 10 maddəlik təklif paketi təqdim ediblər. Bundan əlavə, Çin fevral ayında sülh üçün sülh planını elan etdi.



Xəbər xətti