Son sutkada Rusiyanın 28 “Shahed” PUA-sı məhv edilib

10:18 20 İyun 2023

Son sutkada Rusiyanın İran istehsallı 28 “Shahed” PUA-sı məhv edilib.

Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, ruslar ümumilikdə 30 PUA ilə Ukrayna ərazisinə hücum ediblər.

Məlumata görə həmçinin Rusiya ordusu S-300 raketləri ilə Zaporojye vilayətini hədəf alıb. Hücumun nəticələri dəqiqləşdirilir.



Xəbər xətti