Bu yollarda sıxlıq müşahidə olunur

09:18 20 İyun 2023

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Sitat.info-ya Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

- Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiyası istiqamətində;

- Mikayıl Əliyev küçəsi - Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

- Qara Qarayev prospekti - "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

- Sabunçu-Zabrat şosesi - "Koroğlu" metrostansiyası istiqamətində;

- Binəqədi şosesi - "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

- Heydər Əliyev prospekti əsas yol - Mərkəz istiqamətində.



Xəbər xətti