Azərbaycandan Xankəndiyə təklif: Ağdamdan alın!

11:34 20 İyun 2023

Hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Qeyd edilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib:

“Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”.

Qeyd edək ki, 15 iyunda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizi və rus sülhməramlıları atəşə tutmasından sonra post müvəqqəti olaraq bağlanıb.



Xəbər xətti