Blinkenlə Hakan bu tarixdə görüşəcək

15:58 20 İyun 2023

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Al Monitor” məlumat yayıb.

“Görüş 21-22 iyunda Londonda baş tuta bilər. Əsas müzakirə mövzusu Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı olacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, görüşün kim tərəfindən tələb olunduğu məlum deyil.



Xəbər xətti