Himalay buzlaqlarının 2010-cu ildən əvvəlki onillikdən 65 faiz daha sürətli əriməsi və qlobal istiləşmə səbəbindən qar örtüyünün azalması regionda yaşayan 2 milyarda yaxın insanın şirin suya çıxışına mənfi təsir göstərə bilər.
Sitat.info xəbər verir ki, Katmanduda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) hesabatına görə, Hindukuş Himalaya dağlarının buzlaqları görünməmiş sürətlə əriyir.
21-ci əsrdə istixana qazları tullantıları sürətlə azalmasa, Himalay buzlaqları öz həcminin 80 faizini itirə bilər.
Qarşıdakı illərdə Himalay dağlarında artması gözlənilən daşqınlar, uçqunlar və buzlaq daşqınları ilə buz itkisinin sürətlənəcəyi gözlənilir. Bu vəziyyətin dağlar ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan, Çin və digər qonşu ölkələrdəki 1 milyard 650 milyon insana mənfi təsir göstərəcəyi təxmin edilir.
Buzlaqlar 2 milyarda yaxın insan üçün şirin su mənbəyi olan çayları qidalandırır.
Seymur Bənnayev
Sitat.info