Pakistanda güclü yağışlar nəticəsində 7 nəfər ölüb

17:16 20 İyun 2023

Pakistanın Xeybər Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 7 nəfər ölüb, 72 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, "Dawn" qəzetində yer alan xəbərə görə, leysan yağışlar Xeybər Paxtunxvaya bağlı Bannu və Pişəvərdə həyata mənfi təsir edib.

Yağışların yaratdığı fəlakət və qəzalarda Bannuda 5, Pişəvərdə isə 2 nəfər həyatını itirib. Ölkə üzrə ümumilikdə 72 nəfər xəsarət alıb.

Güclü külək nəticəsində bəzi ərazilərdə evlərə ziyan dəyib, güclü yağış sel sularına səbəb olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti