Bayden: Ukraynanın NATO-ya üzvlüklə bağlı xüsusi imtiyazı olmayacaq

17:23 20 İyun 2023

ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı digər ölkələrlə eyni standartlara cavab verməli olduğunu və bu kontekstdə bu ölkəynin heç bir xüsusi imtiyazla təmin olunmayacağını bildirib.

Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Pensilvaniya səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

“Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi?" Sualına Bayden cavab verib: "Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də bunu asanlaşdırmayacağam."

Co Bayden Ukraynanın hərbi koordinasiya qabiliyyətini nümayiş etdirdiyini, lakin "Onların sistemi təhlükəsizdirmi? Korrupsiyaya uğrayıbmı?" Sualına o qeyd edib ki, NATO-ya daxil olan digər hər bir ölkənin malik olduğu standartlara cavab verib-verməməsi kimi bir sıra məsələlər var.

ABŞ prezidenti Bayden deyib: "Düşünürəm ki, bu standartlara cavab verəcəklər, verə bilərlər. Amma bu, avtomatik (proses) deyil".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti