İranın erməni əsilli deputatları Xankəndində azan səsi eşitməkdən narahat oldu

11:28 22 Mart 2022

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - deyə səfir bildirib.



Xəbər xətti