Kanadada Ottava çayı yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə olan 4 ordu mənsubundan 2-nin itkin düşdüyü açıqlanıb.
Sitat.info xəbər verir ki, Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada qəzaya uğrayan hərbi helikopterdə Kanada Kral Hərbi Hava Qüvvələrindən 4 nəfərin təlim məqsədi ilə olduğu bildirilib.
Qəzadan sonra 2 nəfərin axtarış-xilasetmə işlərində olduğu, digər 2 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.
Kanada Silahlı Qüvvələrinin 50 əməkdaşının çayda itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinə davam etdiyi bildirilib.