Nova Kaxovka bəndinə 1,2 milyard avro ziyan dəyib

21:53 20 İyun 2023

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets iyunun 6-da uçan Nova Kaxovka bəndinin 1,2 milyard avro ziyana səbəb olduğunu açıqlayıb. Nova Kaxovka bəndinin dağılması Çernobıldan sonra Avropada ən böyük texnogen fəlakət kimi təsvir edilir.

Sitat.info xəbər verir ki, Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets Avropa İttifaqının (Aİ) ətraf mühit nazirlərinin onlayn iclasında iştirak edib. Strilets çıxışında Ukraynanın Xerson vilayətində iyunun 6-da sökülən Nova Kaxovka bəndinin 1,2 milyard avro ziyana səbəb olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti