"Titanik"ə səfərə gedən zaman itkin düşənlərin axtarışları davam etdirilir

23:25 20 İyun 2023

Fransa 1912-ci ildə aysberqə çırpılan və 1514 nəfərin ölümünə səbəb olan, Atlantik Okeanında qəzaya uğrayan "Titanik"ə turist səfəri zamanı itən sualtı qayığın axtarışlarına dəstək olmaq üçün gəmi və sualtı axtarış robotu göndərib.

Sitat.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, dəniz naziri Herve Bervil Fransa Dəniz Araşdırmaları İfremer İnstitutunun “Atalante” adlı sualtı axtarış robotunu Atlantik okeanına göndərib.

Okeanın 4000 metr dərinliyinə enə bilən robotun çərşənbə günü saat 21.00-da bölgəyə çatması gözlənilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti