ABŞ Ukraynaya bərpa üçün əlavə 1,3 milyard dollar verəcək.
Sitat.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Londonda Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.
Dövlət katibi çıxışı zamanı vurğulayıb ki, bərpa prosesi Ukraynanın təhlükəsiz, qanunun aliliyi ilə idarə olunan, demokratiya ilə Avropaya tam bağlı olan müstəqil dövlət kimi çiçəklənməsi üçün zəmin yaradır.
"Yatırdığımız hər bir investisiya ukraynalıları bu reallığa daha da yaxınlaşdırır. Və bu gün mən bəyan edirəm ki, ABŞ Konqresinin dəstəyi ilə bu məqsədə çatmaq üçün 1,3 milyard dollardan çox əlavə yardım göstərəcəyik. Biz 520 milyon dollardan çox sərmayə qoyacağıq. Bunun üçdə biri Ukraynaya enerji şəbəkəsini yenidən formalaşdırmaqda kömək etmək üçündür, çünki Rusiya tərəfindən dağıdılıb. Biz Ukraynanın əsas enerji ixracatçılarından birinə çevrilməsinə kömək etmək üçün investisiyaları təşviq edəcəyik”, - Blinken bildirib.
Səid İsaoğlu,
Sitat.info