AB Xocavəndə mülki missiya göndərir

14:48 21 İyun 2023

AB-nin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının 23 nəfər artırılması planlaşdırılır. Artıq vakansiyalar elan olunub.

Sitat.info  xəbər verir ki, bu barədə AB-nin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Missiyanın yeni üzvlərinin Dərələyəzin İstisu (Cermux), Keşişkənd (Yeqnadzor), Karvansaray (İcevan), Qafan və Azərbaycanın Xocavənd rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulub.

Qeyd edək ki, missiya bu ilin aprel ayından Ermənistanda fəaliyyətə başlayıb. Hazırda şəxsi heyətin elan edilən rəsmi sayı 100 nəfərdir. Missiyanın özbaşına Azərbaycanın suveren ərazisi olan Xocavənd rayonunda fəaliyyət üçün vakansiya elan etməsi diqqətçəkən məqamdır.



Xəbər xətti