Londonda xəstəxanada polis əməliyyatı: 1 nəfər həbsdədir

21:31 21 İyun 2023

İngiltərənin paytaxtı Londonda polisin xəstəxanada əməliyyat keçirdiyi və bir nəfərin saxlanıldığı açıqlanıb.

Sitat.info xəbər verir ki, Polis İngiltərənin paytaxtı Londonun Brent səmtindəki Mərkəzi Middlesex Xəstəxanasında alınan xəbər əsasında əməliyyata başlayıb.

Polisdən verilən açıqlamada qrupların 1 nəfəri saxladığı və əməliyyatın davam etdiyi bildirilib.

Polisin verdiyi açıqlamada hadisə ilə bağlı təfərrüat verilməsə də, sosial mediada yayılan paylaşımlarda bıçaqlı hücumun xəstəxanada baş verdiyi və 2 nəfərin yaralandığı iddia edilib.

Sosial mediada yayımlanan görüntülərdə panika içində xəstəxananın ətrafında qaçan insanlar görünür.

Davam edən hadisə ilə əlaqədar xəstələrin müvəqqəti olaraq ayrılmış otaqlara aparıldığı öyrənilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti