Yəhudi mühacirlər işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

21:43 21 İyun 2023

İşğal altındakı İordan çayının qərb sahilində yəhudilərin fələstinlilərə qarşı kütləvi hücumları nəticəsində bir fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, İsrailin İordan çayının qərb sahilinə qanlı basqınlarından sonra bölgədə gərginlik artarkən, fələstinlilərə qarşı hücumlara yəhudi mühacirlər də qoşulub.

İsrail ordusunun himayəsində olan məskunlaşmaçılar Ramallah yaxınlığındakı Turmusaya qəsəbəsində bəzi fələstinlilərin ev və avtomobillərini yandırıblar. Buna reaksiya verən qəsəbə sakinləri ilə mühacirlər arasında insident yaşanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, silahlı mühacirlərin Turmusaya sakinlərinə hücumu nəticəsində 3 fələstinli yaralanıb.

Yaralılar Ramallahdakı Fələstin Tibb Mərkəzinə aparılıb. Sinəsindən güllə yarası alan və ağır yaralanan fələstinlini xəstəxanada edilən bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti