Rumıniyanın ən böyük neft emalı zavodunda yanğın olub

22:12 21 İyun 2023

Rumıniyanın ən böyük xam neft emalı zavodu olan Petromidiyada yanğın baş verib.

Sitat.info xəbər verir ki, Qara dəniz sahilində yerləşən Rumıniyanın ən böyük xam neft emalı zavodu Petromidiyada yanğın baş verib.

Rumıniyanın Ətraf Mühit Nazirliyindən verilən açıqlamada yanğının partlayışdan sonra başladığı bildirilib.

Hökumətin fövqəladə hallar bölməsi yanğının nəzarət altına alındığını və havada heç bir təhlükəli maddənin aşkar edilmədiyini bildirib.

Fövqəladə hallar sözçüsü deyib: "Yanğın artıq söndürülüb. Yenidən alovlanma riski olduğundan, personal təxliyə edilib və yanğınsöndürənlər soyutma işlərini davam etdirirlər".

Yanğın zamanı tələfat və xəsarət alanlar barədə məlumat verilməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti