ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Həsəkə vilayətindəki baza və hərbi məntəqələrə 75 maşından ibarət hərbi və logistik gücləndirmə karvanları göndərib.
Sitat.info xəbər verir ki, ABŞ qüvvələrinin karvanı 19-20 iyun tarixlərində İraq və Suriya arasındakı əl-Valid sərhəd keçid məntəqəsindən keçərək Həsəkəyə daxil olub.
75 avtomobildən ibarət iki karvan ABŞ qüvvələrinin Həsəkə çölündə terror təşkilatı PKK/YPG tərəfindən işğal edilən Şəddadi və Rumeylan qəsəbələrindəki baza və hərbi məntəqələrinə çatıb.
Konvoylara zirehli maşınlar, yanacaq tankerləri, artilleriya batareyaları və çoxlu sayda sursatla dolu maşınlar daxil edilib.
ABŞ ordusu yanvarın 6, 8, 22 və 25-də terror təşkilatı PKK/YPG-nin Həsəkə çölündə zəbt etdiyi Rumeylan, Şəddadi və Tel Beydər qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.
Seymur Bənnayev
Sitat.info