Putin nüvə silahı qərarından geri çəkilmir

22:27 21 İyun 2023

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun gücləndirilməsi və ölkənin təhlükəsizliyi ilə bağlı açıqlamasında: "Ən mühüm vəzifəmiz nüvə gücümüzü inkişaf etdirməkdir", - deyib.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə enerjisini inkişaf etdirməyi ən mühüm vəzifə hesab etdiklərini bildirib və əlavə edib ki, Rusiyanın nüvə gücləri effektiv və etibarlı şəkildə strateji çəkindirmə təmin etməyə və qlobal güc balansını qorumağa imkan verir.

Putin Kreml sarayında müxtəlif hərbi məktəbləri fərqlənmə diplomu ilə bitirən gənc zabitlərlə görüşüb.

Zabitləri təbrik edən Putin ordunun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Putin ordunun gücləndirilməsi və ölkənin təhlükəsizliyinin həmişə prioritet olduğunu və bundan sonra da belə olacağınl qeyd edib.

Yeni çağırışları və Ukraynada həyata keçirdikləri “xüsusi hərbi əməliyyat” təcrübəsini nəzərə alaraq ordunu hərtərəfli inkişaf etdirməyə davam edəcəklərini vurğulayan Putin deyib: “Ən mühüm vəzifəmiz nüvə gücümüzü inkişaf etdirməkdir. Rusiyanın təhlükəsizliyinin və qlobal sabitliyinin əsas təminatıdır. Onların təxminən yarısı ən son "Yars" kompleksləri ilə təchiz olunub. Ordumuz "Avanqard" hipersəs başlıqlı müasir raket sistemləri ilə yenidən silahlanır. Yaxın gələcəkdə  yeni ağır raketlər üçün yaradılan döyüş vəzifəsini  "Sarmat" buraxılış qurğuları yerinə yetirəcək”.

Nüvə qüvvələrinin aviasiya və dəniz komponentlərinin arsenallarının da yeniləndiyini qeyd edən Vladimir Putin: “Rusiyanın nüvə gücləri effektiv və etibarlı şəkildə strateji çəkindirmə təmin etməyə və qlobal güc balansını qorumağa imkan verir", - deyib.

Müharibələrdə pilotsuz uçuş aparatlarının əhəmiyyətinə toxunan Putin əlavə edib ki, onlar kütləvi istehsal edəcəklər və bu vasitələri bütün hərbi hissələrə paylayacaqlar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti