Fransanın paytaxtı Parisin 5-ci bölgəsində qaz sızması səbəbindən baş verən partlayışda 24 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Parisin 5-ci bökgə merinin müavini Eduard Sivel Twitter hesabında bildirib ki, Val de Qreys məhəlləsində qaz sızması səbəbindən partlayış baş verib.
Bir çox mənzildə yanğın olduğunu bildirən Sivel, yanğınsöndürənlərin müdaxilə edə bilməsi üçün bölgə xalqını hadisə yerindən uzaq durmağa çağırıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin də Tvitter hesabında yanğının bölgədəki Saint-Jacques küçəsində davam etdiyini və yanğınsöndürənlərin hadisə yerinə göndərildiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info