Türkiyənin Misir, Ermənistan və Suriya xalqları ilə heç bir problemi yoxdur.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Misir, Ermənistan və Suriya ilə parlamentlərarası dostluq qruplarının yaradılıb-yaradılmayacağı məsələsi bağlı sualı cavablandırarkən deyib.
“Ölkələrimiz arasında əlaqələrin tamamilə kəsildiyi bir vaxtda belə türk xalqı kiməsə düşmən gözü ilə baxmır. Bizdən asılı olmayan səbəblər ucbatından gərginliklər, dialoqun davam etmədiyi zamanlar da olub, amma bu ölkələrin hər birinin xalqı bizim dostumuzdur”, - TBMM sədri bildirib.
Qurtulmuş qeyd edib ki, Türkiyənin gözləntisi siyasi məsələlərin tez bir zamanda həll edilməsi, bu məsələləri gündəmdən çıxarması və ikitərəfli münasibətlərin gücləndirilməsidir:
“Türkiyə adıçəkilən ölkələrlə parlamentlərarası əlaqələri inkişaf etdirmək, dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlər üzərində çalışır”.