Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, bu gün Hakkarinin Dağlıca rayonunda “Pəncə-kilid” əməliyyat zonasında Türkiyə ordusunun çavuşu Alpay Aras ağır yaralanıb.
Hərbçi Ankaradakı xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.