ABŞ ictimaiyyətinin 60 faizindən çoxu ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamları “siyasi motivli” hesab edir.
Sitat.info xəbər verir ki, ABŞ-ın Konnektikut ştatında yerləşən Quinnipiac Universiteti Trampa qarşı ittihamların sosial yönünü araşdırmaq üçün 1776 nəfər arasında sorğu keçirib.
Sorğu çərçivəsində respondentlərə Trampa qarşı ittihamlarla bağlı sual verilib.
Respondentlərin 62 faizi Ədliyyə Nazirliyi tərəfindən Trampa qarşı açılan işin “siyasi motivli” olduğuna inandığını bildirsə də, respondentlərin 51 faizi keçmiş prezidentin mühakimə olunmasını istəyib.
Respondentlərin 10 nəfərindən altısı Trampın Ağ Evi tərk etdikdən sonra məxfi dövlət sənədlərini evində saxlamasını “uyğunsuz” hesab edib.
Seymur Bənnayev
Sitat.info