Şolz: NATO Sammiti təhlükəsizliyimizi qorumaq üçün güclü qətiyyət siqnalı verəcək

14:47 22 İyun 2023

Almaniya kansleri Olaf Şolz bildirib ki, Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Liderlərinin Sammiti transatlantik əməkdaşlıq və Alyansın təhlükəsizliyini birgə müdafiə etmək əzmi barədə güclü siqnal verəcək.

Sitat.info xəbər verir ki, Şolz Bundestaqdakı çıxışında Almaniya hökumətinin elan etdiyi beynəlxalq təhlükəsizlik strategiyasının Avropanın müdafiəsinin qarantı kimi alman ordusunun gücləndirilməsi məqsədini ehtiva etdiyini izah edib.

Almaniya kansleri gələn ildən etibarən ümumi daxili məhsulun (ÜDM) 2 faizini müdafiəyə ayırmağa başlayacaqlarını bəyan edib.

İyulda Vilnüsdə NATO Sammitinin keçiriləcəyini xatırladan Şolz deyib: "Bu sammit transatlantik əməkdaşlıq və təhlükəsizliyimizi birlikdə müdafiə etmək əzmi ilə bağlı güclü siqnal verəcək".

Zirvədə bir sıra qərarların alınacağına diqqət çəkən Şolz, bunların arasında sualtı infrastrukturun təhlükəsizliyinin daha yaxşı qorunmasının da olduğunu söyləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti