Hindistanda 108 kəndi su basıb - 115 mindən çox insana ziyan dəyib

15:10 22 İyun 2023

Hindistanın Assam əyalətində leysan yağışlar səbəbindən baş verən daşqın 108 kəndi su altında qoyub, kəndlərdə yaşayan 115 mindən çox insanı didərgin salıb.

Sitat.info xəbər verir ki, "Ani News"un xəbərinə görə, son 24 saat ərzində yağan güclü yağışlar Hindistanın Assam əyaləti və qonşu Bhutan Krallığında daşqınlara səbəb olub.

Assam əyalətində daşqınlar nəticəsində 108 kənd su altında qalıb, 115 mindən çox insan isə evlərindən didərgin düşüb.

Rayon sakinləri hər şeylərini itirdiklərini, bənd divarlarının kənarından başqa sığınmağa yer olmadığını bildiriblər.

Qeyd edilib ki, selin təsirli olduğu yerlərdə bir çox yol və körpülər yararsız hala düşüb.

Assam Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada suyun səviyyəsinin təhlükəli həddi keçdiyi və getdikcə daha çox ərazinin su altında qaldığı bildirilib.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən verilən açıqlamada bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və dünən 1280 nəfərin fəlakət bölgəsindən xilas edildiyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti