CHP-çi deputat Ərdoğana 2100 dollar ödəyəcək – Qərar

16:49 22 İyun 2023

Məhkəmə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri Özgür Özə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 2000 dollardan çox mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Sitat.info xəbər verir ki, bunu Türkiyə liderinin vəkili Hüseyn Aydın deyib.

“Ankaranın On Beşinci Asliye Məhkəməsi bu gün keçirilən iclasında CHP qrupunun sədri Özgür Özə 50 min lirə (2123 dollar) mənəvi təzminat cəzası verib”, - o bildirib.



Xəbər xətti