Pekində iyun ayında temperatur rekord dərəcəyə çatıb

17:16 22 İyun 2023

Çinin paytaxtı Pekində havanın temperaturu 40°C-ni keçib. Bununlada Pekində istilik rekordu yenilənib.

Sitat.info xəbər verir ki, Çinin şimalında isti hava dalğası davam edir. Çinin Milli Meteorologiya Mərkəzi paytaxt Pekində hava istiliyinin yerli vaxtla saat 14:30-da 40,7-yə yüksəldiyini açıqlayıb.

Təxminən 22 milyon əhalisi olan paytaxtda havanın temperaturu 2014-cü il mayın 29-dan bəri ilk dəfə olaraq 40 dərəcəni keçib və iyun ayının temperatur rekordu qırılıb.

Temperatur rekordunun qırıldığı Pekində narıncı həyəcan siqnalı verilib. Yerli hakimiyyət orqanları əhalini isti hava ilə bağlı diqqətli olmağa çağırıb, yaşlıları və həssas qrupları açıq havada iştirak etməməyə çağırıb. İsti dalğası ötən həftədən Pekinə, eləcə də Tianjin şəhəri, Hebey və Şandunq əyalətlərinə təsir edib. İsti havanın yaxın günlərdə də davam edəcəyi bildirilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti