Zelenski: "Rusiya Zaporojye AES-ə terror hücumu planlaşdırır"

17:32 22 İyun 2023

Ukrayna prezidenti Volodimir Zelenski iddia edib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması ilə bağlı terror aktı ssenarisini nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabında verdiyi açıqlamada Ukrayna kəşfiyyat və təhlükəsizlik xidmətinin hesabatlarını səsləndirib.

Rusların yeni hücumlar planlaşdırdığını müdafiə edən Zelenski deyib: "Kəşfiyyat Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması ilə bağlı terror hücumu ssenarisini nəzərdən keçirdiyi barədə məlumat aldı. Onlar bunun üçün hər şeyi hazırladılar".

Volodimir Zelenski əllərində olan bütün məlumatları və sübutları tərəfdaşlarına çatdırdıqlarını ifadə edib: “Avropa, ABŞ, Çin, Braziliya, Hindistan, ərəb dünyası, Afrika ölkələri və beynəlxalq təşkilatlar bunu bilməlidir”.

Atom elektrik stansiyalarına qarşı terror hücumlarının əsla heç bir yerdə baş verməməsi lazım olduğunu vurğulayan Zelenski açıqlamasında vurğulayıb ki, bu dəfə Kaxovka bəndi kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, dərhal hərəkətə keçilməlidir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Zelenskinin iddiasını yalanlayıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti