Fransada ifrat sağçılar ekoloqlara hücum edib, 4 nəfər yaralanıb

18:19 22 İyun 2023

Dünən axşam Fransanın Lion şəhərində keçirilən etiraz aksiyasında ifrat sağçıların ekofəal nümayişçilərə hücumu nəticəsində 4 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, “Soulevement de la Terre” adlı ekoloji icmanın ləğvinə qarşı çıxanlar dünən axşam Lionda nümayiş keçirib.

Nümayişdə zibil qutuları yandırılıb, avtobus dayanacaqlarının şüşələri sındırılıb.

Onlarla sağçı nümayişçinin hücumları nəticəsində 4 nəfər yaralanıb.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Gerald Darmanin dünən Nazirlər Şurasına "Soulevement de la Terre"nin ləğvi ilə bağlı qərarı təqdim edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti