Atlantik okeanında "Titanik"in qəzaya uğradığı yerə turistik ekspedisiyaya gedən zaman yoxa çıxan sualtı qayığın axtarışları zonasında sualtı qayığa məxsus olduğu düşünülən hissə tapıblar.
Sitat.info xəbər verir ki, ABŞ Sahil Mühafizəsi rəsmiləri tərəfindən edilən açıqlamada bazar günü Atlantik Okeanında itən sualtı qayıqdan son siqnalın alındığı bölgədə uzaqdan idarə olunan sualtı maşının dağıntı siqnalına çatdığı paylaşılıb.
Rəsmilər, qəzanın "Titan" sualtı qayığına aid olub-olmamasının hələ aydın olmadığını və mütəxəssislərin məlumatı qiymətləndirdiklərini bildirdilər.
Sahil Təhlükəsizlik Şimali Amerika bölməsi, Twitter hesabında axtarış-xilasetmə işləri üçün bölgəyə uzaqdan idarə olunan "L'Atalante" adlı sualtı avtomobil göndərdiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info