Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün xaricdən bir milyon 499 min 472 nəfərin gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsinin Twitter hesabından edilən açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyi deyilib.
Açıqlamada, xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvar namizədlərinin sayının iyunun 21-i çərşənbə günü bir milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə gəldiyi bildirilib.
Açıqlamada, quru sərhəd qapılarından gələn zəvvar namizədlərinin 59 min 744 nəfər, dəniz yolu ilə isə 4 min 714 nəfər olduğu bildirilib.
Müqəddəs torpaqların qonaqlarının hər cür rahatlığının təmin edilməsinə diqqət yetirildiyi diqqətə çatdırılıb.
Seymur Bənnayev
Sitat.info