Birləşmiş Millətlər Təşkilatı (BMT) terror təşkilatı PKK və onun Suriyadakı uzantısı SDG və YPG-nin 2022-ci ildə Suriyada 1200-dən çox uşağı silahlandırdığını bildirib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı "Uşaqlar illik silahlı qarşıdurmalarda" hesabatında terror təşkilatı PKK və onun Suriyadakı uzantısı SDG və YPG-nin 2022-ci ildə 1200-dən çox uşağı əsgər kimi istifadə etdiyi bildirilib.
Hesabatda Suriyada 2 min 407 uşağın hüququnun ağır şəkildə pozulduğu, 1696 uşağın terror təşkilatı YPG/PKK və digər silahlı qruplar tərəfindən əsgər və ya müxtəlif məqsədlər üçün istifadə edildiyi bildirilib.
Hesabatda PKK-nın Suriya qolu olan SDG-dən 637, YPG/PKK və SDG-yə bağlı strukturlardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi qeyd edilib.
Seymur Bənnayev
Sitat.info