Səudiyyə Ərəbistanı 54 il ərzində 99 milyondan çox ziyarətçiyə ev sahibliyi etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərdə Səudiyyə Ərəbistanı Ümumi Statistika İnstitutunun 1968-ci ildən etibarən müqəddəs torpaqlara həcc ziyarətinə gələnlərin statistik məlumatlarını toplamağa başladığına diqqət çəkilib.
Xəbərdə 2022-ci ilə qədər 54 il müddətində müqəddəs torpaqlarda 99 milyondan çox ziyarətçinin qəbul edildiyi bildirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri bu il zəvvarların sayı ilə bağlı dəqiq bir rəqəm açıqlamasalar da, epidemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün 2023-cü ilə hazırlıq görüldüyünü açıqlayıblar.
Seymur Bənnayev
Sitat.info