“Həm ABŞ və Türkiyə arasında ikitərəfli təhlükəsizlik əlaqələri, həm də daha geniş mənada Türkiyənin Alyansla təhlükəsizlik əlaqələri yüksək qiymətləndirilir”, - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi səfir Julianne Smith deyib.
Sitat.info xəbər verir ki, ABŞ-ın NATO yanında daimi nümayəndəsi səfir Julianne Smith onlayn görüşdə NATO alyansı və Türkiyə tərəfdaşlığı ilə bağlı dəyərləndirmələr aparıb, mətbuat mənsublarının suallarını cavablandırıb.
Prezident Rəcəb Tayyib Ərdoğanı və türk xalqını Türkiyədəki seçkilərin nəticələrinə görə təbrik edən Smit, türk xalqının seçdiyi hökumətlə işləməyi və ikitərəfli əlaqələrin dərinləşməsini səbirsizliklə gözlədiklərini bildirib.
Seymur Bənnayev
Sitat.info