BMT: Fələstin ərazilərində zorakılıq və insan itkilərindən dərin narahatıq

22:59 23 İyun 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres işğal olunmuş Fələstin torpaqlarında davam edən zorakılıq və insan itkilərindən dərin narahatlığını ifadə edib.

Sitat.info xəbər verir ki, BMT sözçünün müavini Fərhan Haq mövzu ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, Quterreşin işğal altındakı İordan çayının qərb sahilində 4 israillinin öldürülməsi, məskunlaşanların ev, məktəb və nəqliyyat vasitələrinin yandırılması da daxil olmaqla dinc əhaliyə qarşı hər cür zorakılıq və terror aktlarını pislədiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti