Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qurban bayramı münasibətilə 2600-dən çox məhbus üçün amnistiya elan edib.
Sitat.info xəbər verir ki, Dubayın prezidentinin müavini, baş nazir və əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bayram münasibətilə 650 məhbusun əfv edilməsi barədə göstəriş verib.
Şarja əmiri Sultan bin Məhəmməd əl-Qasimi 390 məhbusu əfv etmək qərarına gəlib, Rəsul əmiri Hayme Səud bin Sakr 356, Əcman əmiri Humeyd bin Rəşid ən-Naimi 166, Fuceyrə əmiri Hamed bin Məhəmməd əl-Şərki 108 məhbusu əfv etmək qərarına gəlib.
İyunun 21-də BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Qurban bayramı münasibətilə 988 məhkuma amnistiya elan etdiyi açıqlanıb.
Müvafiq olaraq, Qurban bayramı ilə əlaqədar ölkədə ümumilikdə 2658 nəfər əfv edilib.
Kənan Bənnayev
Sitat.info