Fələstin Xarici İşlər Nazirliyi Urifdə məscidə hücumun görüntülərini paylaşıb

23:27 23 İyun 2023

Fələstin Xarici İşlər Nazirliyi iyunun 21-də Urif şəhərində israilli mühacirlər tərəfindən məscidə hücumun təhlükəsizlik kamerası görüntülərini paylaşıb.

Sitat.info xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi iyunun 21-də İsrailin işğalı altında olan Fələstin torpaqlarında yerləşən Urif şəhərində bir qrup yəhudi köçkünün məscidə daxil olaraq Qurani-Kərimə hücumunun təhlükəsizlik kamerası görüntülərini paylaşıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland dünən verdiyi açıqlamada, ümumilikdə İsrailin "qanunsuz" məskunlaşanların Fələstin mülklərinə hücumlarını qətiyyətlə pislədiyini bildirib.

Xüsusi koordinator Vennesland deyib: "İşğalçı dövlət kimi İsrail mülki əhalinin bütün zorakılıq aktlarından müdafiə olunmasını və günahkarların cavabdehlik daşımasını təmin etməlidir".

Seymur Bənnayev

Sitat.info




Xəbər xətti