İyulda keçiriləcək NATO zirvəsindən əvvəl İsveçin ittifaqa daxil edilməsi üçün Türkiyəyə beynəlxalq təzyiqlər davam edir. Nəhayət, Almaniya kansleri Olaf Şolz Türkiyəni İsveçə üzvlüyün yolunu açmağa çağırıb.
Sitat.info xəbər verir ki, Almaniyanın baş naziri Olaf Şolz iyunun 29-30-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Şurasının iclasından əvvəl Bundestaqın dünənki sessiyasında hökumətin fəaliyyəti ilə bağlı açıqlamalar verib.
Çıxışının əhəmiyyətli bir hissəsini Almaniya hökumətinin ötən həftə açıqladığı Milli Təhlükəsizlik Strategiyasına və Rusiya-Ukrayna müharibəsinə həsr edən Almaniya lideri, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanı İsveçin NATO-ya üzv olmasının yolunu açmağa çağırıb.
Seymur Bənnayev
Sitat.info