Qayıq qəzasından sonra xəbər alına bilməyən pakistanlı mühacirin ailəsindən Yunanıstana reaksiya

23:37 23 İyun 2023

Yunanıstan sahillərində batan miqrant qayığında olan və fəlakətdən sonra ondan xəbər alınmayan keçmiş pakistanlı polis məmuru Seyid Əli Zainin atası Seyid Əli Rıza: “Yunanıstan vaxtında müdaxilə edib kömək etsəydi. çox insan xilas ola bilərdi”, - deyib.

Sitat.info xəbər verir ki, İyunun 14-də Yunanıstanın Peloponnes adasında Navarin şəhərindən 47 dəniz mili aralıda beynəlxalq sularda qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisinin batmasından sonra indiyədək 82 nəfərin cəsədi tapılıb, 104 nəfər xilas edilib.

“Alarm Phone” qeyri-hökumət təşkilatının məlumatına görə, təxminən 700 nəfərin olduğu gəmidə 300-dən çox pakistanlının olduğu bildirilir.

Təbii fəlakət dünya gündəmində yerini qoruduğu bir vaxtda Pakistanın Pəncab əyalətinin Qucrat bölgəsindəki Lalə Musa şəhərində matəm hökm sürür.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti