Rusiyada baş verənlər parlament adından müzakirə edilə bilməz.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur:
“Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirməməliyik”.
Deputat bu məsələyə ancaq fərdi şəkildə münasibət bildirməyin tərəfdarı olduğunu bildirib:
“Amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”.